Advertisement X
  
Vətəndaş Həmrəyliyi
Ən son yenilənmə: 07/03/2010
Səhifələr: [1]

. Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) İranın Azərbaycandakı səfirliyi qarşında etiraz aksiyası keçirib.Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Vətəndaş Həmrəyliyi Partiyası ilə birgə İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, aksiya iştirakçıları İranda Azərbaycan bayrağının yandırılmasında və səfirliyin yumurta atəşinə tutulmasına, həmçinin konsulluğun qarşısında aksiya keçirilməsinə etiraz ediblər.

Onlar “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “İslamçı dövlət, işğalçı dövət!”, “Azərbaycan, Azərbaycan!” kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Ermənistan prezidenti Serj Sarkisyanın İranın dövlət başçısı Əhməd Nejatın qucaqlaşmış formada çəkilmiş fotoşəkillərini havaya qaldırıblar.

Sonda piket iştirakçılarının bəyanatı İran səfirliyinə təqdim edilib.

Bölmə: VHP
Yazar: vh 11:10 07/03/10 Oxunub: 8 Şərhlər Şərhlər (0)  

1992-ci il fevralın 26-da erməni terror qrupları Rusiyaya məxsus 366-cı motoatıcı diviziya ilə birlikdə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, 7 minlik əhalisi olan Xocalı şəhərinə hücum etmiş və xüsusi qəddarlıq və vəhşiliklə şəhəri yer üzündən büsbütün silmişlər. Belə ki, Xocalı şəhəri 1991-ci ilin oktyabrından başlayaraq erməni separatçıları və rus hərbçiləri tərəfindən blokadaya alınmışdı. Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi tamamilə kəsilmiş və yeganə nəqliyyat vasitəsi kimi vertalyotdan istifadə edilmişdir. Lakin Şuşa şəhərinin səmasında mülki vertalyotun ermənilər tərəfindən vurulması və 40 nəfər mülki şəxsin həlak olmasından sonra, 1992-ci il yanvarın 18-dən Xocalıyla hava əlaqəsi də kəsilmişdir. Erməni və rus silahlıları tərəfindən Xocalıya hücum 1992-ci il fevralın 25-də həyata keçirilmişdir.

Bölmə: VHP
Yazar: vh 11:06 07/03/10 Oxunub: 2 Şərhlər Şərhlər (0)  
Xətdə olanlar:
ElshanElshan NurlanANurlanA RovshenRovshen NesimiNesimi ADMİN MƏMMƏDOV KAMALADMİN MƏMMƏDO Məftun ƏNVƏROĞLUMəftun ƏNVƏRO Www.LIKE.aZWww.LIKE.aZ ARANARAN FaiqFaiq AliAli Dost MemmedDost Memmed və 330 Qonaq